Siyasət 10:30 11.06.2013

Nazir Azərbaycandan üzr istədi



Karel Şvartsenberq: "Bu mənim səhvim idi, boynuma alıram"

Çex Respublikasının xarici işlər naziri Karel Şvartsenberq "Pravo” nəşrinə müsahibəsində Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərinə görə Azərbaycan tərəfindən rəsmi şəkildə üzr istəyib. O etiraf edib ki, düzgün məlumatlandırılmadığı üçün bu faciəni "şüurlu surətdə planlaşdırılmış qətl” adlandırıb.

Azərbaycanlı həmkarı ilə Vaşinqtondakı görüşündən danışan K.Şvartsenberq bunları deyib: "Onunla çoxdan tanışıq. Dediklərimlə bağlı ondan üzr istəmişəm. Bildirdim ki, əlimdə yanlış sənədlər olduğu üçün İrəvanda jurnalistin Xocalı şəhərində qətlə yetirilmiş sakinlərlə bağlı sualına cavabımda demişəm ki, Çexiya şübhəsiz insan hüquqlarının hər cür pozulmasına qarşıdır, amma müharibələr zamanı bu kimi hadisələr baş verir. Müharibə olan dövrdə, Dağlıq Qarabağda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını təmsil edirdim. İrəvan-Bakı- Stepanakert (Xankəndi) arasında uçurdum, bu dəhşətli idi. Buna görə də məlumatlarda gördüyümə əsasən, orada 60 insanın qətlə yetirildiyini bildirmişəm, amma əslində 600 idi, bu isə ayrı bir şeydir. Birinci və ikinci dünya müharibələri ilə müqayisədə həlak olmuş əsgərlərin sayı xeyli az olub və bu dinc sakinlərin zərərinə çevrilmişdir, xüsusilə söhbət vətəndaş müharibəsindən gedirsə. Düşünürdüm ki, hər hansı bir atəşə tutma zamanı altmış insan həlak olub, müharibələr zamanı bu baş verir. Amma onların sayının 600 olduğunu biləndə, tamamilə ayrıdır, bu düşünülmüş qətl idi. Buna görə ondan üzr istəmişəm və o başa düşdü. Hər kəs hərdən yanlış rəqəm əldə edir. Bu mənim səhvim idi, boynuma alıram”.

Şvartsenberq bildirib ki, Azərbaycanın xarici işlər naziri onun üzrxahlığını qəbul edib.

(http://www.novinky.cz/zahranicni/evropa/304271-schwarzenberg-za-vyrok-o-masakru-jsem-se-uz-omluvil.html)


ANS Press