Ölkə 17:02 14.06.2018

Nazir Bakı Dövlət Universiteti ilə bağlı əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında əmr imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, əmrə əsasən, BDU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilib.

Bununla bağlı universitetdə Təşkilat Komitəsi yaradılacaq. 

Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.