Ölkə 12:36 06.02.2019

Nazir bəstəkarın oğluna yüksək vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə gün öncə daha bir kadr təyinatı həyata keçirib.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Elçin Kazımi Çevik Polis Alayının komandiri, general Səhlab Bağırova müavin təyin edilib. 

E.Kazımi daha əvvəl də Çevik Polis Alayında işləyib, Səhlab Bağırov da "Qorotdel"in rəis müavini olmadan öncə ÇPA-nın komandiri olub. İndi isə hər iki polis zabiti köhnə işinə geri qayıdıb.

E.Kazımi bəstəkar Oqtay Kazıminin oğludur. O.Kazımi polis marşı və Çevik Polis Alayının marşını bəstələyib.