Ölkə 10:13 11.11.2018

Nazir direktoru işdən çıxardı (FOTO)

Səhiyyə naziri Oqtay Şirəliyev direktoru işdən çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin S. İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev vəzifəsindən azad edilib. Müvafiq qərarla Tahir Vəliyev Stansiyanın direktoru vəzifəsinə təyin edilib.

Xəbəri S. İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasından Unikal.org-a təsdiqləyiblər.