Ölkə 21:28 22.11.2017

Nazirdən pensiyaçılara şad xəbər

"Bu ilin dövlət büdcəsində heç bir sosial xərc azaldılmayıb, ən azı cari il səviyyəsində saxlanılıb, bəzi sahələrdə artırılıb”.

Qaynarinfo azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. 

Nazir bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək və bu zaman müəyyən artımların olması nəzərdə tutulub.