Ölkə 16:01 04.08.2018

Nazir iki məmuru işdən çıxartdı, yeni rəis təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Yalçın MüslümovElman Cəfərov vəzifələrindən azad ediliblər.

Nazir Sahil Babayevin digər əmri ilə Elman Cəfərov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunub. 

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Əlizadə Fuad Rəhim oğlu idi. O, vəzifəsindən azad olunandan sonra nazirlikdə hər hansı vəzifəyə təyinat almayıb.