Ölkə 18:00 17.11.2018

Nazir işdən çıxan müavinlərindən danışdı

Hər gedən və ya yeni təyin olunan müavinlərimiz dəyərli əməkdaşlardır.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, nazir müavinləri Prezident tərəfindən təyin olunur:

"Yeni təyin olunan əmkdaşların tərcümeyi-halı ilə tanış olsanız, görərsiniz ki, çox təcrübəli, dəyərli əməkdaşlardır. Gedənlər də eynilə. Bu istiqamətdə əlavə söz deməyə ehtiyac yoxdur. Eyni zamanda, biz müşavirlik institutundan ciddi şəkildə istifadə edirik. Müşavirlər gündəlik icraatda olmadığı üçün starteji olaraq o sahə üzrə islahat hazırlaya bilir. Bu, işlək mexanizmdir. Kifayət qədər də uğurludur. Məsələn, pensiya islahatı. Başqa şərtlərdə bu çox zaman aparan islahat idi”.