Ölkə 14:36 06.11.2013

Nazir işdən çıxardığı şəxsə vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsinə Çingiz Əliyev təyin olunub. 

“Qafqazinfo” xəbər verir ki, C. Əliyev bu gün ilk mətbuat konfransını keçirib və ünvanlı sosial yardımların verilməsində yeniliklərin olacağını nəzərə çatdırıb. 

Qeyd edək ki, bu ilin may ayında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru Çingiz Əliyev vəzifəsindən azad edilmişdi. Həmin vaxt mətbuatda dərc olunan yazılarda buna səbəb kimi Ç. Əliyevin vəzifədən azad edilməsinə səbəb kimi hərbi qulluqçularla bağlı Məhkəmə qətnamələrinin icra edilməməsi və işində yol verdiyi nöqsanlar əsas gətirilirdi. 

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev olub. S. Müslümov nazir təyin olunandan sonra A.Əliyevi vəzifəsindən azad edib.

Qaynar.info