Foto 15:40 12.03.2018

Nazir jurnalistin qətlinə görə istefa verdi (FOTOLAR)

Slovakiya daxili işlər naziri Robert Kalinak istefa verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 26 fevral tarixində jurnalist Yan Kuçiak və sevgilisi silahlı hücum zamanı qətlə yetirilmişdi. Ölkədə adı korrupsiya və rüşvətxorluqda çəkilən şəxsləri araşdıran jurnalistin şübhəli ölümü böyük etirazlara səbəb olub. Paytaxt Bratislavada yerləşən Slovakiya Milli Qiyam Meydanında yığışan 50 min etirazçı qətlə etiraz edərək hökümətin istefasını tələb edib. 

Ölkə baş naziri Robert Fiko jurnalist və sevgilisinin qətlinin ölkəni qeyri-sabitliyə sürükləmək məqsədilə törədildiyini bildirib. Prezident Andrey Kiska sabitlik üçün hökümət daxilində ciddi dəyişikliyin vacibliyini dilə gətirib. 

Daxili işlər naziri Robert Kalinak istefasını artıq hökümətə təqdim edib.

Gülşən