Siyasət 19:17 12.07.2013

Nazir Minsk Qrupunun həmsədrləri ilə görüşəcək

Bu gün Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For (Fransa), Yan Kelli (ABŞ) və İqor Popov (Rusiya) ilə görüş keçirəcək. 

Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

E. Abdullayev bildirib ki, Məmmədyarov həmsədrlərin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə də görüşəcək.

Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli yolu müzakirə olunacaq.