Xəbər lenti

Ekonomiks 18:52 25.04.2024

Nazir müavinə məxsus olduğu şirkətlə daşınmaz əmlak qalmaqalı

"Şərq-Qərb" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə "Qlobal East-Vvest" MMC rasında daşınmaz əmlak üzrə mübahisə yaranıb. 

Qaynarinfo xəbər verir ki, bu mübahisədən dolayı "Qlobal East-Vvest" MMC məhkəməyə müraciət edib. 

İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Kənan Hüseynov iş üzrə hakim təyin edilib. 

"Şərq-Qərb” ASC 4 saylı Bakı kitab mətbəəsinin bazasında yaradılıb. 14 sentyabr 2001-ci ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 589 880 manatdır. ASC-nin qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. 

Mediada gedən məlumatlara görə, ölkənin ən iri poliqrafiya şirkətlərindən olan "Şərq-Qərb” ASC-nin təsisçisi Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevdir. Bu iddianın təkzib olunmasına dair heç bir məlumata rast gəlinmir. 

Timur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->