Ekonomiks 13:52 25.04.2013

Nazir müsbət və mənfi təsirlərdən danışdı

"Azərbaycanda son vaxtlar, xüsusən də aprel ayında havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərir".

APA- xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bəyan edib.

Nazir vurğulayıb ki, əsas sahələrdən biri olan taxılçılıq sahəsinə yağan güclü yağışlar ümumiyyətlə müsbət təsir göstərib. Mənfi təsir isə meyvəçilik sahəsində müşahidə olunub.

İ.Abasov bəyan edib ki, müvafiq hesablamalar aparılmasa da, ümumilikdə, bu mənfi təsir də kiçik olub və gələcəkdə havalar müəyyən dərəcədə əlverişli olacağı təqdirdə, məhsuldarlığa heç bir ziyan olmayacaq.

Qaynar.info