Dünya 18:30 17.01.2020

“Nazir postunda qalacaqmı” sualına Lavrov zarafatla cavab verdi

Xarici İşlər Nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov yeni hökumətdə vəzifəsini davam etdirib-etdirməyəcəyi və ümumiyyətlə bu vəzifədə qalmaq istəyirmi” sualına cavab verib.

Qaynarinfo xəbər verir ki, diplomat bu sualı verən jurnalistə zarafatla cavab verib. O deyib:

"Yəqin ki, özünüz başa düşürsünüz ... Gördünüz, hamı güldü..."

Lavrov əlavə edib ki, ona hələ ki XİN-in rəhbəri vəzifəsini yerinə yetirmək tapşırılıb: "Mən də yerinə yetirirəm".

Alpər