Ölkə 17:54 27.07.2018

Nazirdən əmr: Yeni dərs ilinin tədris planı təsdiqləndi

Təhsil naziri Ceyhun Bayramov "Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” əmr imzalayıb.

Qaynaruinfo-nun  məlumatına görə, nazirin əmrinə müvafiq olaraq, 2018-2019-cu dərs ilində də ümumtəhsil məktəbinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünəcək: 

birinci yarımil - 15 sentyabr - 26 yanvar; 

ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

5 gün payız tətili (16-20 noyabr); 

5 gün qış tətili (27-31 yanvar);

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).