Ekonomiks 16:33 09.05.2014

Nazirdən ipoteka ilə bağlı AÇIQLAMA

Dövlət bu növ kreditləşməni gücləndirib.

Bu il dövlət xətti ilə ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən 2013-cü ilə nisbətən iki dəfə çox vəsait ayrılıb.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

“İpoteka ilə bağlı vəsait ayrılıb. Bu vəsait əvvəlki ilə nisbətən iki dəfə çoxdur”, - deyə nazir bildirib.

Qaynar.info