Dünya 09:01 20.12.2013

Nazirlər istefalarını Ərdoğana təqdim etdilər


Müəmmər Güler, Egemen Bağış, Erdoğan Bayraktar və Zəfər Çağlayanın “lazım olan nədirsə onu da edərik” – deyərək baş nazirə istefalarını şifahi təqdim ediblər

Türkiyədəki rüvşət və korrupsiya qalmaqalında adı hallanan 4 nazir öz istefalarını baş nazir Rəcəb Tayyib Ərdoğana təqdim etdilər.

“Sabah” qəzeti xəbər verir ki, ötən axşam yeni il münasibəti ilə Türkiyə prezidentinin rəsmi iqamətgahı “Çankaya” köşkündə icraedici və məhkəmə orqanı əməkdaşlarının şərəfinə gecə təşkil olunub.

Gecədən sonra prezident Abdulah Güllə baş nazir Ərdoğan arasında ikili görüş keçirilib. Məlumata görə, tərəflər son rüşvət və korrupsiya əməliyyatı ilə nazirlər kabinetində həyata keçirilməsi gözlənilən dəyişiklikləri müzakirə ediblər.

Daha əvvəl R.T. Ərdoğanın 10 naziri dəyişdirməsi barədə danışıqlar olsa da, baş nazirin hələlik bu işi təxirə saldığı bildirilib. Baş nazir bu addımını, “Bu mərhələdə nazirləri dəyişdirmək, ittihamları qəbul etməkdir” fikri ilə əsaslandırıb.

Tədbirdə, qalmaqallarda adları hallanan Müəmmər Güler, Egemen Bağış, Erdoğan Bayraktar və Zəfər Çağlayanın “lazım olan nədirsə onu da edərik” – deyərək baş nazirə istefalarını şifahi təqdim etdikləri bildirilir. //ANS PRESS

Qaynar.info