Xəbər lenti

Nazirlər Kabinetində kardinal dəyişikliklər: Hansı nazirlərə yol göründü?
Ölkə 22:23 20.04.2018

Nazirlər Kabinetində kardinal dəyişikliklər: Hansı nazirlərə yol göründü?

11 aprel seçkilərindən sonra gözlənildiyi kimi, dövlət idarəetmə mexanizminin yenidən qurulmasına başlanılır.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, aprelin 21-də Milli Məclisdə baş nazir təyinatı gerçəkləşdikdən sonra hökumətin sürpriz adların yer aldığı yeni tərkibi bəyan ediləcək.

Qeyd olunur ki, hökumətinn tərkibinin yenidən formalaşdırılması ilə yanaşı, Nazirlər Kabinetinin strukturu da köklü surətdə dəyişdiriləcək. Məlumata əsasən, idarəetmənin çevikləşdirilməsi məqsədi ilə bəzi nazirliklərin ləğvi və ya birləşdirilməsi ilə bağlı ali siyasi rəhbərlik tərəfindən qəti qərarlar alınıb.

İlkin versiyalardan biri budur ki, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, o cümlədən Dövlət Gömrük Komitəsi ləğv olunacaq. Onların funksiyasını isə yeni yaradılacaq Milli Gəlirlər Nazirliyi həyata keçirəcək. Aydın Əliyev və Səlim Müslümovun postunu itirəcəyi, bu nazirliyə Mikayıl Cabbarovun rəhbərlik edəcəyi ehtimal olunur.

Bu barədə daxil olan məlumatda deyilir ki, sürpriz yaşanaraq, Artur Rəsizadə baş nazir təyin olunmasa, o postun yeni sahibi hazırki maliyyə naziri Samir Şərifov ola bilər. Ancaq unutmayaq ki, o, baş nazirliyə iddialılardan sadəcə biridir. Sonda isə qərarı Prezident verir.

Əldə etdiyimiz bilgiyə əsasən, mövcud Kabinetin bəzi avtoritet üzvləri öz vəzifələrinə təkrar təyinat almayacaqlar. Onların arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və daha bir güc nazirinin də olduğu bildirilsə də, son anda vəziyyət dəyişə bilər.

Seçki kampaniyası dövründə "hədəf taxtası”na çıxarılan xarici işlər naziri Elmar Məmmədyarovun da yola salınacağı gözlənilir. İddialara görə, xarici siyasət idarəsinə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov təyin ediləcək. Hətta Süleymanovun artıq Bakıya gəldiyi qeyd olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->