Ölkə 12:51 11.03.2014

Nazirlik xəbərdarlıq etdi: Qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 12-sindən hava şəraiti pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Temperatur ötən günlə müqayisədə 5-9 dərəcə aşağı enəcək. 

Martın 12-si axşamdan 13-ü gündüzədək güclü şimal-qərb küləyi əsəcək.

Qaynar.info