Ölkə 17:38 18.07.2018

Nazpəri Dostəliyeva elmi dərəcə aldı (FOTO)

Xalq artisti Nazpəri Dostəliyeva doktorluq elmi dərəcəsi alıb. 

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, bu barədə sənətçinin özü instaqram səhifəsində məlumat yayıb.

Onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

"Mənim uğurlarım sizin sevginizdən yaranır. Sənət, ədəbiyyat, nəfəs də sevgidən doğulur” - deyə Nazpəri paylaşıma rəy bildirib.