Ölkə 16:00 07.12.2018

“Nə? Harada? Nə zaman?” üzrə II Regionlar Kuboku keçiriləcək

Azərbaycan Respublikası Gənlər Fondunun dəstəyi və İsmayıllı İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə II Regionlar Kubokunun keçirilməsi planlaşdırılır.

"Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə II Regionlar Kuboku İsmayıllı İntellktual Oyunlar Klubu tərəfindən təşkil olunacaq. Kubok çərçivəsində İsmayıllı və ətraf regionlarda seçim turları təşkil olunacaq. Seçim turları Qəbələ, İsmayıllı, Şamaxı və digər regionlarda keçiriləcək. Seçim turlarında region gənclərin fəal iştirakı gözlənilir.

II Regionlar Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, region gənclərinin maarifləndirilməsi və intellektual oyunlar hərəkatının region gənclərinin əhatə etməsinin reallaşdırılmasıdır.

Layihənin seçim turları bu ilin dekabr ayı ərzində qeyd edilmiş rayonlarda və müxtəlif regionlarında keçiriləcək. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Kubokun finalına vəsiqə qazanacaq. Kubokun final mərhələsi İsmayıllı rayonunda təşkil olunacaq.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!