Dünya 22:56 18.11.2017

Necə xarizmatik olmaq olar?

Xarizmatik insanlar xüsusi ünsiyyət bacarıqlarına sahibdirlər. Bu bacarıqlar onlara iş və şəxsi həyatlarında bəzi üstünlüklər verir. 
 
"Qaynarinfo” "BBC Capital"a istinadən xəbər verir ki, sevsəniz də, nifrət etsəniz də, Bill Klinot, Stiv Cobs və Toni Bleyrin ortaq tərəfləri xarizmalarıdır. Belə ki, xarizmatik insanlar ətrafındakıların daha sadiq olmasını və daha çox işləməsini təmin edir.
 
Bəs necə xarizmatik olmaq olar?

Təcrübələr xarizmanın bu xüsusiyyətlərə dayandığını göstərir: Yazılı və sözlü ünsiyyət bacarığı, təsirli ifadə vasitələri, metaforalardan istifadə, özünə inam və duyğuları ifadə edəcək bədən dilinin olmasıdır.

Çəkici və cazibəli olmaq üçün insanlarla göz təması qurmaq və gülümsəmək lazımdır. İnsanlara fərdi suallar verib, onlar haqqında danışmağını təmin etmək, onlarla empatiya quracaq sözlər sərf etmək önəmlidir.

Xarizmatik liderlər insanları uzaqdan cəlb edir, onlarla birbaşa təmas qurmalarına ehtiyac qalmır.
 

 
Liderlik üzrə mütəxəssis, xarizmayla bağlı bir kitab yazarı Olivia Kabaneyə görə isə sevilmədən də xarizmatik ola bilərsiniz. Kabane xarizmanın növləri olduğunu söyləyir: Kamera önündə göstəriş etməyi sevən Merlin Monroda olan "ulduzlara xas” xarizma, diqqətlə dinləməyi tələb edən "diqqət” xarizması və Buddist lider Dalay Lamaya məxsus "yaxşılıq” xarizması.

Xarizmanın təsirləri
 
 
Xarizmatik davranışlar göstərməyin saysız-hesabsız üstünlükləri var. Məsələn, diqqətini çəkmək istədiyin insanların önəm verdiyi dəyərlərə sahib çıxılması ilə "xarizmatik təsir” yaranır.
 
"İnsanlar öz ifadəsini sizdə tapacaq və sizin kimi olmağa çalışacaqlar”, bunu Lozan Universitetinin professoru Con Antonakis deyir.
 
 
Xarizma insanların köməkləşmək və ortaqlaşma istəyini də artırır. Con Antonakisə görə, xarizma insanların sadəcə seçimlərini yox, eyni zamanda başqalarının nə edəcəyinə dair düşüncələrinə təsir etməyə də kömək edəcək.
 
Bəs niyə təsirlər ortaya çıxır? Təcrübələr bunun güvənə bağlı olduğunu deyir. Xarizmatik liderlərin işçiləri üzərində inam hissi yaratması daha asan olur və birlikdə işlədikləri komandaya və şirkətə bağlılıqları sözləşmələrdən belə üstün olur.
 

 
Necə xarizmatik olmaq olar?

Xarizmatik liderlərin taktikalarının öyrənilməsi ilə bu xüsusiyyətlər inkişaf etdirilə bilər:
 
Bunun üçün metaforalar, hekayələr, xatirələr, təzadlar, siyahılar, ritorik suallar kimi kateqoriyalardan ibarət 9 sözlü taktika lazımdır. Nitq sahibinin söylədiklərinə özünün inandığını göstərməsi, hədəfdə olan kütlənin duyğularını paylaşması, onların gözləntilərini yüksəltmələrini təmin etməsi və özünə inam aşılaması vacibdir.
 
"Bu baxımdan İngiltərənin keçmiş baş naziri, "Dəmir Leydi" ləqəbiylə tanınan Marqaret Tetçer bu kimi taktikalardan istifadə edərək həddindən artıq xarizmatik idi”, bu sözləri Antonakis deyir.
 
Tetçerin danışıqları bir çox deyimlər və kəlimə oyunlarında istifadə edilməklə yanaşı, ritorik suallar, hekayələr, təzadlar və yüksək hədəfləri əhatə edirdi.
 

 
 
Amma önəmli olan Tetçerin yalnız danışığı, istifadə etdiyi cümlələr yox, vücud dili, jestlər, üz ifadəsi və səs tonunun da vermək istədiyiniz mesajla səsləşməsi mütləqdir.
 
Bir sözlə, xarizmatik olmanın ən önəmli xüsusiyyəti özünə inamın yüksək olmasıdır.
 
Nərmin Həsənli
Qaynarinfo.Az