Ölkə 09:20 23.05.2019

Neftçalada ağır qəza: 4 nəfər ölüb

Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində qeydə alınıb.

"Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yol qəzası zamanı yaralananların şəxsiyyəti məlum olub. Bunlar Yardımlı rayon sakinləri- 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur.