Bu gün səhər saatlarında Neftçala şəhər Qoltuq kəndinin sakinləri icra başçısının göstərişinə öz narazılıqlarını bildirmək üçün toplanıblar. 

Bizimxeber.az-a kənd sakinləri tərəfindən verilən məlumata görə, bir neçə gündür icra başçısını göstərişi ilə kəndin örüş sahəsində dərin kanalların qazılması prosessinə start verilib. Belə ki, Qoltuq kəndi ilə Həsənəbad qəsəbəsini birləşdirən boş ərazi əsrlərdir örüş sahəsi kimi istifadə olunur. Bu ərazi Qoltuq kəndi sakinlərinin heyvanlarını otlatmaq üçün yeganə örüş sahəsidir. 

Məlumatda qeyd olunur ki, artıq Həsənəbad qəsəbəsinə yaxın olan örüş sahəsinin demək olar ki, əksər hissəsi şumlanaraq ərtafına kanal çəkilib. Son iki gündür şümlanma və kanal çəkilmə əməliyyatı Qoltuq sakinlərinin heyvanlarının yeğanə otlaq sahəsi olan  əraziyə çatıb. Ərazinin əksər hissəsi şumlanıb və kanalla hasarlanıb. Kəndin örüş sahəsi məhv edilir. Hazırda kənd sakinləri heyvanlarını harda otaracaqlarını bilmirlər.

Kənd sakinləri bildirir ki, ilk günlər rayon icra aparatının nümayəndələri kənd sakinlərinə bildiriblər ki, bu ərazi dövlət əhəmiyyətli obyektlərin tikilməsi üçün hazırlanır. Burada hansısa zavod və ya fabrik tikiləcək. Daha sonra isə deyilib ki, rayonun kanalizasiya sisteminin bu ərazidən keçməsi planlaşdırılıb. Ən sonda isə bəlli olub ki, ərazidə heç bir dövlət obyekti tikilməyəcək. Ərazinin şumlanması və kanala alınması burda hansısa sahibkarın şəxsi əkin sahəsinin (araşdırdıqdan sonra dəqiq məlumat verəcəyik) olacağından xəbər verir.

Bu gün səhər saatlarında kəndə lap yaxın əraziyə ekskovator və kamaz markalı texnikaların gəldiyini görən kənd sakinləri buna etirazlarını bildiriblər. Kəndin ağsaqqaları, uşaqlı, kişili  qadınlı rayon rəhbərliyinin baş verənlərə aydınlıq gətirilməsini tələb ediblər. Bu səbədən də icra başçısını sakit şəkildə kəndə dəvət edib, açıqlama istəyiblər.  Lakin nə icra başçısı, nə də hansısa nümayəndə kənd sakinləri ilə danışığa gəlməyib. Sadəcə bir nəfər gələrək sakinləri sakitləşdirməyə çalışıb. Daha sonra isə texnika təcili olaraq ərazidən uzaqlaşdırılıb, iş dayandırılıb

Bizimxeber.az-a verilən məlumata görə, kənd sakinləri bu işlərin dayandırəlmasını xahiş edib və kəndin yeganə örüş sahəsinin məhv edilməməsini istəyiblər. Əks təqdirdə insanlar əllərinə bel götürərək qazılan kanalları dolduracaqlarına, etirazlarının daha yuxarı instansiyalara çatdırılması üçün çalışacaqlarını bildiriblər.

Bu dəqiqələrdə icra başçısının kəndə gəldiyi və insanlarla danışıq apardığı bildirilir. İcra başçısı ismayıl Vəliyev iddia edib ki, ərazidə iş yerinin yaradılması üçün obyektlər tikiləcəkmiş. Amma sakinlər etiraz etdiyi üçün daha heç nə tikilmir.