Xəbər lenti

İdman 14:07 16.06.2019

"Neftçi" 0:8 hesabı ilə uduzduğu komandaya qarşı

"Neftçi"nin Türkiyə toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" iyunun 20-də "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydanında Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, "Neftçi" ötən ilin qışında Antalyadakı təlim-məşq toplanışında da "SKA-Xabarovsk" klubu ilə üz-üzə gəlmiş və 0:8 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->