Video 10:43 23.01.2019

"Neftçi" 580 min manata futbolçu transfer etdi (VİDEO)

Vangelis Platellasın "Neftçi"yə keçidi həll olunub.

Qaynarinfo xəbər verir ki, paytaxt klubu yeni transferini rəsmi saytında yayımladığı video ilə açıqlayıb. Ancaq yunanıstanlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları haqda hələlik məlumat verilməyib.

Qeyd edək ki, Platellas karyerası ərzində Yunanıstanın "Xalliteya", "Şkoda", AEK, "Atromitos", "Aris" və OFI klublarında oynayıb. "Neftçi"nin ona 300 min avro (580 min manat) verəcəyi deyilir.