İdman 00:54 20.07.2018

"Neftçi" Avroliqanı darmadağınla tərk etdi

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Neftçi" Macarıstanda meydana çıxıb.
 
"Ag-qaralar" dogma meydanda 3:1 hesabı ilə yendikləri "Uypeşt"in qonağı olub. "Neftçi" turnirdəki təmsilçilərimiz arasında məhələ adlamağa ən real namizəd hesab olunurdu. Amma Bakı klubu nəyinki mərhələ keçmək şansını itirib, Macarıstanda böyük hesabla yenilgiyə üzülüb - 0:4. 

Qeyd edək ki, bu mərhəlnin qalibi "Sevilya"ya rəqib olub. 5 dəfə Avropa Liqasının qalibi (2006, 2007, 2014, 2015, 2016) olan İspnaiya təmsilçisi turnirin rekordçusudu. 
 
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

19 aprel
Uypeşt (Macarıstan) - Qəbələ (Azərbaycan) 4:0
Qollar: Robert Litauski, 19. Boyan Sankoviç, 21. Donat Şoter, 50. Nvobodo, 65.
Uypeşt: 1. Filip Payoviç, 5. Robert Litauski (k), 6. Nvobodo, 10. Donat Şoter (21. Benjamin Balaş, 81), 14. Diallo, 18. Boyan Sankoviç, 19. Miyuşko Boyoviç, 26. Daniel Nad (8. Benjamin Çeke, 88), 49. Branko Paulyeviç, 68. Dzenan Burekoviç, 86. Soma Novotnı (9. Patrik Tişler, 90+1).
Ehtiyat oyunçular: 35. Benke Gundel-Takaş, 2. Kristof Şuts, 27. Benke Pavkoviç, 99. Viktor Angelov.
Baş məşqçi: Neboyşa Vinyeviç.
Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk (11. Kvame Karikari, 54), 6. Qoran Paratski, 9. Baqali Dabo, 10. Dario Frederiko, 15. Ruslan Abışov (k) (18. Tural Axundov, 41), 17. Rəhman Hacıyev (22. Mirabdulla Abbasov, 77), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 28. Slavko Braliç, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 4. Rəşad Eyubov, 8. Emin Mahmudov, 77. Sərkərov.
Baş məşqçi: Roberto Bordin.
Sarı vərəqələr: Donat Şoter, 57. Diallo, 69 - Anton Krivotsyuk, 30. Slavko Braliç,57.
Hakimlər: İoannis Papadopulos, Trifon Petropulos, Vasilios Kamburis, Angelos Evangelou (Yunanıstan).
Hakim-inspektor: Bernardino Qonzalez Vazkes (İspaniya).
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya).
Budapeşt. Şuşa Ferens stadionu.