Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi” bu gün mübarizəyə başlayıb.

Qaynarinfo xəbər verir ki, "ağ-qaralar” I təsnifat mərhələsi çərçivəsində digər təmsilçilərimizdən 1 saat gec meydana çıxıb.

Bakılılar "Dalğa Arena”da "Uypeşt”lə üz-üzə gəlib. Macarıstan təmsilçisi ilə görüş "Neftçi”də baş məşqçi debütü ilə yadda qlıb. Belə ki, matç Roberto Bordinin bu postda "siftə”si olub.

Hesabı 9-cu dəqiqədə qonaqlar açsa da, "Neftçi" meydanı qələbə ilə tərk edib. "Ağ-qaralar" Baqali Dabonun dublu. Emin Mahmudovun bir qolu sayəsində 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində "Sevilya"ya rəqib olacaq.
 
Onu da qeyd edək ki, Avroliqadakı digər təmsilçilərimiz - "Keşlə" Maltanın "Baltsan" klubuna 1:4. "Qəbələ" Lüksemburqun "proqres" komandasına 0:2 hesabı ilə yenilib.
 
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun

12 iyul
Neftçi (Azərbaycan) - Uypeşt (Macarıstan) 3:1
Qollar: Baqali Dabo, 24; 72. Emin Mahmudov, 90+2 - Daniel Nad, 9.

Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 7. Namik Ələskərov (8. Emin Mahmudov, 42), 9. Baqali Dabo (11. Kvame Karikari, 90), 10. Dario Frederiko, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev (28. Slavko Braliç, 77), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 93. Soni Mustivar.

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 4. Rəşad Eyubov, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov.

Baş məşqçi: Roberto Bordin.

Uypeşt: 1. Filip Payoviç, 5. Robert Litauski (k), 8. Benjamin Çeke, 10. Donat Şoter (2. Kristof Şuts, 74), 18. Boyan Sankoviç, 19. Miyuşko Boyoviç, 21. Benjamin Balaş, 26. Daniel Nad (99. Viktor Angelov, 90), 49. Branko Paulyeviç, 68. Dzenan Burekoviç, 86. Soma Novotnı (9. Patrik Tişler, 81).

Ehtiyat oyunçular: 35. Benke Gundel-Takaş, 27. Benke Pavkoviç.

Baş məşqçi: Neboyşa Vinyeviç.

Sarı vərəqələr: Baqali Dabo, 63. Emin Mahmudov, 66 - Robert Litauski, 78.

Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (Hollandiya).
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan).
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya).
Bakı. "Dalğa Arena”.