Xəbər lenti

İdman 19:25 17.06.2018

"Neftçi" bombardiri transfer etdi: milli üzvü ilə də müqavilə imzalandı

"Neftçi” növbəti transferini reallaşdırıb. 

Qaynarinfo xəbər verir ki, "ağ-qaralar" Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il "Neftçi”nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu "Neftçi"də 9 nömrəli formanı geyinəcək.

Fransanın "İvri”, "Kretey”, "İstr” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm "Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.

Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib. Komandamızın transfer çalışmaları davam edir.

Həmçinin "Neftçi” daha bir futbolçu ilə müqavilə müddətini artırıb. Ötən mövsüm komandanın heyətində çıxış edən Emin Mahmudov daha 2 il "ağ-qara" formanı geyinəcək. 

Milli komandamızın da üzvü olan 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm 27 oyunda 2 qola imza atıb.

Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo PetrovMəhəmməd Mirzəbəyovla da müqavilə yenilənmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->