İdman 14:25 19.01.2020

"Neftçi" daha bir məşqçisini yola saldı

Baş məşqçi Roberto Bordindən sonra "Neftçi" klubunda daha bir ayrılıq baş tutub.

Qaynarinfo xəbər verir ki, italiyalı mütəxəssisin köməkçilərindən biri də Bakı təmsilçisi ilə vidalaşıb.

Rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək qərarına gəlib. Həmyerlisi ilə birlikdə klubla əlaqələri kəsilən italiyalı mütəxəssisə rəhbərlik xidmətlərinə görə təşəkkür edib.