İdman 13:53 21.06.2013

“Neftçi” Hollandiyadan hücumçu gətirir

Melvin Platje "ağ-qaralar"ın heyətinə oynaya bilər.

Nikolas Kanalesin gedişindən sonra “Neftçi”nin heyətinə qatmaq istədiyi hücumçu müəyyənləşib. "Apasport"un məlumatına görə, “ağ-qaralar” Hollandiyanın “Neymegen” klubunun forvardı Melvin Platjenin xidmətində maraqlıdır.

24 yaşlı hollandiyalı hücumçunun Neymegenin eyni adlı təmsilçisi ilə 2014-cü ilə kimi müqaviləsi var. “Neftçi” etdiyi təklifə cavab gözləyir. Futbolçunun baş məşqçisi Aleks Pastorla problemi olduğundan, Bakı klubuna keçmək arzusundadır.

Qeyd edək ki, Platje 2011-ci ildən oynadığı “Neymegen”də 52 oyunda 13 qol vurub. O bunadək 4 il şərəfini qoruduğu “Volendam”da 100 matçda 43 dəfə fərqlənib.

Qaynar.info