"Neftçi"dən 6 qolluq qələbə

Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.
 
Qaynarinfo xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da Moldova "Sperantsa"sını qəbul edib.

Kişinyovdakı ilk qarşılaşmada 3:0 hesablı qələbə qazanan "ağ-qaralar" bu dəfə rəqibiə divan tutub. Belə k, "Neftçi" 6:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Neftçi" növbəti mərhələdə rəqibi Rusiyanın "Arsenal" klubu ilə qarşılaşacaq.
 
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları

18 iyul
Neftçi (Azərbaycan) - Sperantsa (Moldova) 6:0
Qollar: Vangelis Platellas, 18; 40. Emin Mahmudov, 24-pen. Dario Federiko, 42. Stiven Monroz, 67. İsmayıl Zülfüqarlı, 78.
Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar.
Baş məşqçi: Roberto Bordin.
Speranta: 1. Denis Makoqonenko, 5. Mihail Bolun, 6. Bruno Barbosa, 8. Konstantin Sandu, 9. Felipe Ramires, 11. Fabritse Elundu, 15. Oliver Perea, 22. Ştefan Efros (k), 31. İon Arabaci, 87. Ruslan Çelari, 93. Maksim Yurku.
Ehtiyat oyunçular: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 10. İon Draqan, 17. İçaka Tyehi, 20. Rios Misas, 23. İsa Yusuf, 98. Alişer Mirzoyev.
Baş məşqçi: Kristian Efros.
Hakimlər: Yulian Veynberger, Maksimilian Kolbiç, Mihael Nemets, Andreas Heyss (Avstriya).
Hakim-inspektor: Albano Yanku (Albaniya).
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan).
Bakı. "Bakcell Arena".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR