İdman 18:15 14.01.2018

"Neftçi" ildə iki klub dəyişən futbolçunu transfer edir

"Neftçi" heyətinə yeni futbolçu qatıb. Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, paytaxt klubu paraqvaylı Fransisko Xavier Qarsiya ilə anlaşıb.

Bu barədə Paraqvay mediası məlumat yayıb. "Qato" ləqəbli futbolçu artıq Bakıya gəlib. Onun "Neftçi" ilə gələn həftə müqavilə imzalayacağı deyilir. 

Qarsiya peşəkar karyerasına vətənində - "Serro Porteno" klubunda başlayıb. 2011-ci ildə bu klubda oynayan yarımmüdafiəçi 2012-ci ildə "İndependiente" klubunda oynayıb. 2013-cü ilin yanvarında Paraqvayıe "Sportivo Luqueno" klubuna keçən "Qato" yayda "Serro Porteno"ya dönüb.

O, bu klubda uzun müddət qalmayıb. 2014-cü ilin martında "Deportivo Kapiata"ya keçən futbolçu 3 ay sonra "Serro Porteno"ya dönüb. 2015-ci ildə ilk dəfə legioner həyatı yaşayan Qarsiya Kolumbiyanın "Atletiko Huila" klubuna transfer olunub. Bir il sonra vətənə dönərək bir il "Nasional"ın formasını geyinib və keçən ilin yayında "Serro Porteno"ya qayıdıb.