Xəbər lenti

İdman 19:21 24.04.2024

“Neftçi”nin kapitanı “Qarabağ”la bugünkü oyunu buraxacaq

"Neftçi”nin kapitanı Emin Mahmudov bu gün "Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda iştirak etməyəcək.


Bu barədə  "ağ-qaralar”ın Mətbuat Xidmətindən məlumat verilib.


Yarımmüdafiəçi matçdan əvvəl məşq prosesində topuğunda ağrılar hiss etdiyi üçün qarşılaşmanı buraxacaq.


Qeyd edək ki, görüş saat 20:00-da start götürəcək.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->