Video 20:40 19.11.2017

"Neftçi" "Qəbələ"yə uduzdu (VİDEO)

Topaz Premyer Liqasında XII tura yekun vurulub. "Qaynarinfo" xəbər verir ki, həftənin son oyununda "Qəbələ” "Neftçi” ilə qarşılaşıb.
 
Avrokuboklara vəsiqəyə iddialı olan paytaxt təmsilçisi ilk "dördlük”dən uzaq düşməmək üçün 3 xal qazanmalı, Roman Qriqorçukun yetirmələri isə liderlər sırasından qopmamaq üçün xal itirməməli idi. Gərgin mübarizəyə şahid olan oyunda azarkeşlər 5 qol görüb və "Qəbələ" əzmkar qələbə qazanıb - 3:2.

Hesabı 19-cü dəqiqədə "Neftçi"dən Emin Mahmudov açıb. Meydan sahiblərinin sevinci iki dəqiqə çəkib və 21-ci dəqiqədə Baqali Dabo bərabərliyi təmin edib. 48-ci dəqiqədə Kiril Petrov yenidən "Neftçi"ni hesabda önə keçirim. Amma qonaqlar yenə meydan sahiblərinin sevincini gözündə qoyub. Belə ki, 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Ruslan Qurbanov yenidən "status-kvo"nu bərpa edib. 80-ci dəqiqədə isə Stiven Monroz "Qəbələ"nin qələbə qolunu vurub.

Qeyd edək ki, turun ilk 3 oyununda "Qarabağ" "Sumqayıt"ı 2:0, "Zirə" "Keşlə"ni 1:0, "Səbail" "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib.
 
XII tur
19 noyabr

Neftçi - Qəbələ 2:3
Qollar: Emin Mahmudov,19. Kiril Petrov, 48 - Baqali Dabo, 21. Ruslan Qurbanov, 56-pen. Stiven Monroz, 80.

  

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

11

9

1

1

19:4

28

2

Zirə

12

8

3

1

20:8

27

3

Qəbələ

12

8

1

3

19:13

25

4

Sumqayıt

12

5

1

6

14:17

16

5

Neftçi

12

4

1

7

14:14

13

6

Səbail

11

4

0

7

9:18

12

7

Keşlə

12

2

2

8

8:18

8

8

Kəpəz

12

2

1

9

9:20

7

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 6. Mahir Mədətov (Qarabağ), Amil Yunanov (Sumqayıt), Riçard Qadze (Zirə) - 5.

 
Qaynarinfo.Az