İdman 21:26 10.11.2018

“Neftçi” - “Zirə” oyununda qapıçının dili qatlandı

Topaz Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Neftçi” - "Zirə” matçının 70-ci dəqiqəsində qonaq komandanın qapıçısı Anar Nəzirovun dili qatlanıb. 

30 yaşlı əlcək sahibi Mirabdulla Abbasovla toqquşmadan sonra yerə sərildi.

Dili qatlanan Nəzirov həkim müdaxiləsindən sonra xərəkdə meydandan çıxarılıb. Nəzirovu Kamal Bayramov əvəzləyib. (Sport24.az)