İdman 18:49 08.06.2018

"Neftçi"də daha bir istefa: Eldəniz Yusifov da getdi

"Neftçi"nin baş meneceri Eldəniz Yusifov klubla yollarını ayırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə vasitəsilə bildirib:

"Bu gün bir ildən artıq çalışdıgım "Neftçi" PFK-dan ayrıldım. Bu nə qədər üzücü olsa da, artıq hər şey geridə qaldı. Bu müddət ərzində birgə çalışdığım rəhbərliyə, kollektivin hər bir üzvünə, futbolçu və məşqçi heyətinə təşəkkürümü bildirirəm. Ürəyində "Neftçi" sevgisi olan azarkeşlərə isə xüsusi təşəkkür düşür. "Neftçi"yə Avropa Liqasının oyunlarında və növbəti çempionatda ugurlar və böyük qələbələr arzulayıram", - E.Yusifov bildirib. 

Qeyd edək ki, Eldəniz Yusifov 2017-ci ilin iyununda "Neftçi"nin baş meneceri vəzifəsinə təyin olunmuşdu.