Video 20:20 11.02.2018

"Neftçi"dən çətin qələbə (VİDEO)

Bu gün Topaz Premyer Liqasında XV turun yekun vurulur. Qaynarinfo xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə meydana "Keşlə” və "Səbail” çıxıb. Bakı derbisi ukraynalı baş məşqçi Yuri Maksimovun Azərbaycanda debütünün rəsmiləşməsi ilə əlamətdar olub. Onun yetirmələri turnir cədvəlindəki qonşuları ilə dueldə qələbə qazanmaq və "Səbail”ə yaxınlaşmağa iddialı idi. Amma qonaqlar oyuna yaxşı başlayıb və ilk yarıda hesabı açıb. "Keşlə"nin səyləri ikinci yarının əvvəllərində nəticə verib və hesab bərabərləşir. Bundan sonra oyunda qol olmayıb və komandalar hərəyə bir xal qazanıb - 1:1.

Tura Azərbaycanın iki ən köklü klubunun qarşılaşması ilə yekun vurulub. Heç də ən yaxşı günlərini yaşamayan "Neftçi” və "Kəpəz” Bakıda üz-üzə gəlib. "Ağ-qaralar" autsayder rəqibi çətinliklə yenib. Mirabdulla Abbasovun 86-cı dəqiqədə vurduğu qol matçda yeganə olub - 1:0.

Qeyd edək ki, ötən gün keçirilən oyunlarda qalib müəyyənləşməmişdi. "Qarabağ" "Qəbələ" ilə 0:0, "Zirə" "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

Premyer Liqa
XV tur
11 fevral 

Keşlə - Səbail 1:1
Qollar: Pərdis Fərcad-Azad, 55 - Fəhmin Muradbəyli, 34.
Qolla nəticələnməyən penalti: Pərdis Fərcad-Azad, 55.

 
Neftçi - Kəpəz 1:0
Qol: Mirabdulla Abbasov, 86.
 

`№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

15

12

2

1

25:6

38

2

Qəbələ

15

10

2

3

28:14

32

3

Zirə

15

9

4

2

24:12

31

4

Sumqayıt

15

6

3

6

18:18

21

5

Neftçi

15

6

1

8

18:16

19

6

Səbail

15

4

2

9

10:22

14

7

Keşlə

15

2

3

10

10:25

9

8

Kəpəz

15

2

1

12

10:30

7

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 9. Mahir Mədətov (Qarabağ), Riçard Qadze (Zirə) - 6. Amil Yunanov (Sumqayıt) - 5.