İdman 14:59 21.01.2014

“Neftçi”dən “Fənərbaxça”ya ağır zərbə


“Neftçi” ilə yoldaşlıq görüşü Türkiyənin “Fənərbaxça” klubuna baha başa gəlib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi qolsuz bitən görüşdə istanbulluları meydana çıxmağa peşman edəcək zərbə vurub.

Belə ki, bu matçda zədələndiyi üçün əvəzlənən Alper Potukun müayinəsi türkiyəliləri üzüb. Türkiyə yığmasının üzvü 3 həftə komandasına kömək etməyəcək. Bu isə baş məşqçi Ərsin Yanala ciddi problem yaradıb.

Birinci dövrənin 17 matçından 16-da meydana çıxan və bunların 11-də start heyətində yer alan 22 yaşlı yarımmüdafiəçi “Fənərbaxça” üçün əsas simalardan sayılır.

Qeyd edək ki, yanvarın 18-də Antalyada keçirilən “Fənərbaxça” - “Neftçi” qarşılaşmasında qapılara qol vurulmamışdı.

Qaynar.info