Video 21:32 25.11.2018

“Neftçi”dən növbəti qələbə (VİDEO)

Topaz Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

SSəbail” "Bayıl Arena”da "Neftçi”ni qəbul edib.

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hesabı 41-ci dəqiqədə Baqali Dabo açıb. 53-cü dəqiqədə Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək "flaqman”ın üstünlüyünü iki topa çatdırıb.

Hakimin oyuna əlavə etdiyi dəqiqələrdə meydan sahiblərinin futbolçusu Tome Kitanovski ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.