İdman 15:55 08.01.2014

“Neftçi”nin baş məşqçisi istefa verdi

“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov istefa verib.

Apasport.az saytının məlumatına görə, o, ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib.

Süleymanovun istefa ərizəsi qəbul edilib və təcrübəli mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulanıb. Çalışdırıcı bugünkü məşqdən əvvəl komanda üzvləri ilə görüşüb və sağollaşıb.

Qeyd edək ki, komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Ruben Selyesə tapşırılıb.

Qaynar.info