İdman 15:54 06.06.2018

"Neftçi"nin baş məşqçisi müəyyənləşdi: məşhur italyan mütəxəssis gəlir

"Neftçi”nin yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo İtaliya mətbuatına istinadən xəbər verir ki, Bakı klubu italyan mütəxəssis Roberto Bordinlə anlaşıb.

Məlumata görə, tərəflər 2 illik müqaviləni rəsmiləşdirib. Roberto Bordin rəsmi anlaşmanı iyunun 8-də imzalayaxaq.

53 yaşlı mütəxəssis məşqçi karyerası ərzində İtaliyanın "Padova", "Syena", "Sassuolo", "Verona",  "Triestina" və Rumıniyanın ÇFR kublarında çalışıb. Onun son iş yeri "Şerif" olub. İtalyan mütəxəssis bu klubu 2 dəfə Moldova çempionu, bir dəfə ölkə kubokunun və bir dəfə Super Kubokunun qalibi edib, komandanı həmçinin Avropa Liqasının qrup mərhələsinə çıxardıb.