"Neftçi”nin yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo İtaliya mətbuatına istinadən xəbər verir ki, Bakı klubu italyan mütəxəssis Roberto Bordinlə anlaşıb.
Məlumata görə, tərəflər 2 illik müqaviləni rəsmiləşdirib. Roberto Bordin rəsmi anlaşmanı iyunun 8-də imzalayaxaq.
53 yaşlı mütəxəssis məşqçi karyerası ərzində İtaliyanın "Padova", "Syena", "Sassuolo", "Verona", "Triestina" və Rumıniyanın ÇFR kublarında çalışıb. Onun son iş yeri "Şerif" olub. İtalyan mütəxəssis bu klubu 2 dəfə Moldova çempionu, bir dəfə ölkə kubokunun və bir dəfə Super Kubokunun qalibi edib, komandanı həmçinin Avropa Liqasının qrup mərhələsinə çıxardıb.
Şərhlər