İdman 13:11 08.09.2017

"Neftçi"nin baş məşqçisi müəyyənləşdi

"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşib. Kluba yaxın mənbədən Fanat.az-a verilən məlumata görə, bu posta Tərlan Əhmədov təyin edilib.

Artıq tərəflər arasında münasibətlər rəsmiləşdirilib. Baş məşqçinin təyinatı yaxın vaxtlarda rəsmən açıqlanacaq.

Tərlan Əhmədovun nə vaxt işə başlayacağına gəlincə, komanda Premyer Liqanın IV turunda "Sumqayıt"la oyuna Elşad Əhmədov çıxaracaq. Bu oyundan sonra isə yeni baş məşqçi işə başlayacaq.

Qeyd edək ki, Tərlan Əhmədov futbolçu kimi 1989-1991, 1997-2000 və 2000-2001-ci ilərdə "Neftçi"də oynayıb. 2011-2013-cü illərdə "Neftçi"də məşqçi işləyən mütəxəssis bir müddət komandaya başçılıq edib. Onun son iş yeri AZAL olub.

Qaynarinfo.Az