İdman 17:43 20.07.2018

"Neftçi"nin kapitanı 6 ay müddətinə sıradan çıxdı

"Neftçi"nin kapitanı Ruslan Abışov 6 ay müddətinə sıradan çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçinin qardaşı və meneceri Sərxan İbrahimoğlu məlumat verib.

Millimizin üzvü dünən Budapeştdə "Uypeşt"ə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün 39-cu dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağından zədələnib. Ruslan meydanı xərəkdə tərk edib və Tural Axundov tərəfindən əvəzlənib.

Qeyd edək ki, ilk oyunu 3:1 hesablı qələbə ilə başa vuran "Neftçi" səfərdəki böyük hesablı məğlubiyyət (0:4) üzündən Avroliqa ilə vidalaşıb.