Ekonomiks 19:46 08.12.2018

Neftin qiyməti 2040-cı ilədək 60 dollardan baha olacaq

2040-cı ilədək neftin qiyməti 60 dollardan yuxarı olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun ("Gas Exporting Countries Forum” - GECF) hesabatında deyilir. 

Hesabatda qeyd edilir ki, 2022-ci ilədək neftin qiyməti ucuzlaşacaq və bir barrelinin qiyməti 61 dollar olacaq. 2022-ci ildən sonra "qara qızıl”ın qiyməti bahalaşmağa başlayacaq. 2030-cu ildə neftin qiyməti bir barrel üçün 70 dollara çatacaq və ən azı 2040-cı ilə qədər bu səviyyədə qalacaq.

Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!