Ekonomiks 18:51 20.01.2015

Neftin qiyməti 25 dollaradək enə bilər

Dünya bazarında neftin qiyməti bir barelə görə 25 dollara qədər enə bilər.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu barədə İranın neft sənayesi naziri Bidcan Zengane məlumat verib.

Nazirin fikrincə, OPEC neftin qiymətlərini “dəstəkləmək iqtidarında deyil”.

Qeyd edək ki, bir qədər əvvəl “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiymətinin 25 dollara qədər düşəcəyini proqnozlaşdırıb.

Qaynar.info