Ekonomiks 22:55 28.02.2015

Neftin qiyməti 63 dollara yaxınlaşır

Dünya bazarında neftin qiyməti yenidən artan sürətlə gedir. 

“Qafqazinfo” Rosbalt.ru-ya istinadən xəbər verir ki, bu gün Brent markalı neftin satıldığı qiymət 2015-ci il üçün rekord sayılır. Belə ki, neftin bir barreli 62,77 dollarda qərarlaşıb. 

WTI markalı neftin qiymətində də bahalaşma müşahidə edilir. “WTI”nin bir barreli  49,76 dollara satılıb. 

Qeyd edək ki, fevraldan etibarən neftin qiyməti artmaqda davam edir. Bu ay ərzində neftin ümumi qiymətində 16 % faiz artım olub. 

Qaynar.info