Ekonomiks 23:10 06.11.2017

Neftin qiyməti 63 dolları keçdi: 28 aydan sonra ilk dəfə

"Brent" markalı neftin bir barelinin qiyməti 63 dolları ötüb.

Bu barədə Londonun ICE birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.

Belə ki, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin dəyəri artaraq bir barelə görə 63,03 dollara çatıb.

Qeyd edək ki, sonuncu dəfə neftin bu növünün qiyməti 2015-ci il iyunun 30-da bir barelə görə 62 dollar olub.(virtualaz.org)

Qaynarinfo.Az