Ekonomiks 20:42 16.06.2018

Nəhəng media şəbəkəsi satıldı: 85,4 milyarda

ABŞ-ın telekommunikasiya nəhəngi "AT&T" teelviziya, film və əyləncə şirkəti "Time Warner"i alıb.

Qaynarinfo xəbər verir ki, alışın qiyməti 85,4 milyard dollardır. Bu birləşmə ABŞ Ədliyyə Nazirliyi tərəfindən etirazla qarşılansa da, federal hakim tərəfindən təsdiqlənib. Nazirlik 60 gün ərzində qərara hüquqi çərçivədə etiraz edə bilər. Əgər alış ləğv edilsə, "AT&T" "Time Warner"ə 500 milyon dollar təzminat ödəyəcək. 

Qeyd edək ki, media nəhənginin tərkibində "CNN", "Warner Bros" kimi böyük şirkətlər var.

Gülşən