Texnologiya 11:04 15.06.2018

Nəhəng şirkət 4600 işçini ixtisar edir

İngiltərənin ən nəhəng texnologiya şirkətlərindən olan Rolls-Royce iki il ərzində 4600 işçini ixtisar etməyi planlaşdırır.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Uarren İst məlumat verib. O, bu ilin sonuna qədər təxminən 1500 nəfər işdən çıxarılacağını bildirib:

"Yeni bir çalışma modeli üzərində işləyirik. Dünyada liderlik edən texnologiyamız böyümə mərhələsindədir. Günlük əməliyyatlarımızı yaxşılaşdırıb, liderliyimizi gücləndirərkən, digər tərəfdən bizi yavaşladan qarışıqlığı azaltmağa çalışırıq".